Qışda saç baxımı üçün dörd qayda

Maraqlı

21.02.2025 17:15

2560

Aşağı hava temperaturu saçların sağlamlığına mənfi təsir göstərə bilər.

TodayPress xəbər verir ki, soyuq mövsümdə saçlar çoxlu nəm itirir, bu da onlarda quruluğun yaranmasına səbəb ola bilər. 

Bundan əlavə, soyuqluq kapilyarların daralmasına gətirib çıxarır. Bu, baş dərisinə qan tədarükünü azalda və əlavə stress yarada bilər.

Saçları soyuqdan qorumaq üçün ilk olaraq papaq taxmaq lazımdır. Lakin papaq təbii materiallardan hazırlanmalıdır. Çünki sintetik papaq istixana effekti yaradır və saçlar çox isinir. 

Eyni zamanda saçı isti suda da yumaq olmaz.

Bundan başqa stress də immun balanssızlığı artırır, saçların yavaş uzanmasına və hətta alopesiyaya (keçəlliyə) gətirib çıxarır.

Nicat Osman

tag: Aşağı hava temperaturu,Saç,Baxım,Qulluq,todaypress.az,