Qırmızı işığın yuxu keyfiyyətinə təsirləri məlum oldu
Maraqlı
01.08.2024 08:50
Mütəxəssislər yuxu ilə
melatonin hormonu arasındakı əlaqəyə diqqət çəkiblər. Onlar qırmızı işığın
keyfiyyətli yuxu təmin edib-etmədiyini araşdırıblar.
TodayPress “The
İndependent” nəşrinə istinadla xəbər verir ki, Barselonada yerləşən Vall
d'Hebron Universitetinin xəstəxanasında işləyən Aleks Ferre texnoloji cihazlar
və süni işıqlandırma sayəsində yuxu keyfiyyətinin azaldığına diqqət çəkib. O,
son zamanlar dəb halı alan qırmızı işıq cihazlarını dəyərləndirib. Yuxu təbabəti
sahəsində çalışan mütəxəssis qeyd edib ki, 480 nanometrlik işıq spektrində
yaşıl və mavi işıqlar melatonini bloklayır: “Alov işığı kimi yansıyan bu işıq
spektrinin qalan hissəsi sarı, qırmızı və narıncı, melatonin ritminə mane
olmur”.
Alimlər eyni şəkildə “alatoran
işığı”n melatonin istehsalını dəstəklədiyini vurğulayıb: Qeyd olunub ki, beyin
bu cür işığı qəbul etdikdə, melatonin istehsalına cavabdeh olan epifiz vəziyə əmr
verməyə başlayır.
Mütəxəssislər yuxunun keyfiyyəti
üçün qırmızı işığın vacib olmadığını və “isti” rənglərə üstünlük verilə biləcəyini
də qeyd edib. Bundan əlavə, sağlam yuxu rejimi üçün yatmazdan iki və ya üç saat
əvvəl heç bir idman hərəkətinin edilməməsi lazımdır. Onlar yuxu zamanı otağın
tamamilə qaranlıq olmasının əhəmiyyətini də qeyd ediblər:
“Tam qaranlıqda yatmaq əhəmiyyətlidir.
Kənardan nə qədər az işıq gəlsə, bir o qədər yaxşıdır. Otaqda işıq olarsa və ya
rəqəmsal zəngli saat varsa, aşağı intensivlikli qırmızı, sarı və ya narıncı
işıqlar da yaxşı seçim ola bilər”.
Professor Guillermo Rodriquez
isə işıq və melatonin istehsalı arasındakı əlaqəni belə izah edib:
“Xüsusilə mobil telefonlar və
ya kompüter ekranlarından mavi işığa məruz qaldığımız zaman melatonin istehsalı
azalır və bu da bizi oyaq saxlayır. Digər tərəfdən qaranlıq melatonin
istehsalını artıraraq bədəni yuxuya hazırlayır. Qırmızı işıq “beyinə
rahatlaşdırıcı təsir göstərir, stress və narahatlığı azaldır, yuxunu isə
asanlaşdırır. Amma qırmızı işığın yuxu sağlamlığına təsiri hələ dəqiq müəyyən
edilməyib”.
tag: İndependent, Qırmızı işıq, Yuxu, Araşdırma, todaypress.az,