Qəhvə hansı halda insan sağlamlığına zərərlidir?
Maraqlı
15.08.2024 01:00
Gündə
üç və ya daha çox fincan qəhvə içmək idrak qabiliyyətinin azalmasına səbəb ola
bilər.
TodayPress xəbər verir ki, bu
barədə “Daily Mail” qəzeti alimlərin araşdırmalarına istinadən yazıb.
Məlumata görə, qəhvə və çayın 60-dan yuxarı yaş qrupunda olan insanların beyin fəaliyyətinə necə təsir etdiyini öyrənmək üçün araşdırma aparılıb. Araşdırmalar göstərib ki, gündə üç və ya daha çox fincan qəhvə içən insanlar yaşlandıqca koqnitiv zəifləmə riskinə daha çox həssas olurlar.
Bu insanlar daha az qəhvə içən və ya pəhrizinə qəhvə daxil etməyənlərlə müqayisədə yaddaş, düşünmə və qərar vermə ilə bağlı problemlərə daha çox meyllidirlər. Çay qəhvədən fərqli olaraq beyni daha çox qoruyur.
Aytac Müşfiq
tag: Qəhvə,Çay,Sağlam,Tibb,todaypress.az,