Qədim Yer kürəsində həyatın kimyəvi əsasları araşdırıldı
İsrailin Qüds İvrit Universitetinin və ABŞ-nin Corciya Texnologiya İnstitutunun alimləri qədim Yer kürəsindəki ekoloji dəyişikliklərin kimyəvi təkamülə necə təsir etdiyini öyrəniblər.
TodayPress xəbər verir ki, bu barədə tədqiqat “Nature Chemistry” (NatChem) jurnalında dərc olunub.
Tədqiqatçılar qədim Yer şəraitini imitasiya edərək, karboksil turşuları, aminlər və tiolları ehtiva edən üzvi qarışıqların növbəli şəkildə islanması və qurumasını müşahidə ediblər. Bu proses səthi dayaz su hövzələrinin buxarlanmasını və qurumasını xatırladır.
Əvvəlki fikirlərin əksinə olaraq, kimyəvi reaksiyalar xaotik deyil, müəyyən ardıcıllığa malik olub. Məlum olub ki, molekullar özlərini təşkil edir və proqnozlaşdırılan qaydalara əsasən təkamül edirlər. Yəni kimyəvi təkamül nəzarətsiz deyil, əksinə, sistemli və koordinasiyalı şəkildə baş verib.
Qiymət Mahir
tag: İsrail,Qüds,Yer,Araşdırma,todaypress.az,