Qədim Roma ziyarətgahının qalıqları tapıldı

Maraqlı

25.11.2024 14:08

La Sapienza Universitetinin italyan alimləri Yerusəlimdəki Müqəddəs Qəbir kilsəsinin altında Roma ziyarətgahının qalıqlarını tapıblar.

TodayPress xəbər verir ki, bu barədə “RİA”  yazıb. 

Məbədin son bərpası zamanı binanın altında eramızın I əsrinə aid geniş tunellər sistemi qazılıb. Qeyd olunub ki, dəhlizlərdən biri məbəd kompleksinin yaxınlığındakı keçmiş karxanaya aparır. Karxananın yerini isə qayadakı dərin kəsiklər və kobud daş blokların qalıqları sübut edir.  

Ehtimallara görə, bütpərəstlərin ziyarətgahı eramızın 66-73-cü illərində yəhudilərin üsyanı nəticəsində Qüdsün dağıdılmasından sonra romalılar tərəfindən yaradılıb. 

Günəş Mərd

tag: Roma, Qalıqlar, Ziyarətgah, todaypress.az,