Qədim pterozavrların göyləri necə fəth etdiyi üzə çıxdı

Maraqlı

10.01.2025 20:00

Beynəlxalq alimlər qrupu  pterozavrların unikal xüsusiyyətlərinin onların uçuş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığını aşkar ediblər. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, xüsusi “klapanlarla” təchiz olunmuş pterozavrların quyruq qişaları stabilizator rolunu oynayıb və bu qədim sürünənlərin səmada uçmasına imkan verib. 

Təxminən 230 milyon il əvvəl meydana çıxan pterozavrlar uçuş qabiliyyətinə malik ilk onurğalılar olub.

Mezozoy dövründə onlar yalnız təxminən 130 milyon il sonra ortaya çıxan quşları qabaqlayaraq havada hökmranlıq ediblər. 

Yeni araşdırmada elm adamları fosillərdə qorunan insan gözünə görünməyən toxumaları aşkar edə bilən qabaqcıl lazer flüoresan texnologiyasından istifadə ediblər. 

Nəticədə, fotoşəkillər Mərkəzi Avropada 150 milyon il əvvəl yaşamış  pterozavrların quyruqlarında membranlar aşkar edib. Bu membranlarda təyyarə qanadının çərçivəsini xatırladan, kəsişən strukturların mürəkkəb şəbəkəsinə rast gəlinib.   

Elm adamlarını xüsusi maraqlandıran bu quyruğun "klapan" formasının təkamülü olub. Gənc fərdlərdə gözyaşı şəklində, yeniyetməlik dövründə uçurtma şəklini, böyüklərdə isə ürək şəklini alıb.

Zaman keçdikcə pterozavrların quyruqları qısalıb və tamamilə yox olana qədər uçuşda getdikcə daha az rol oynayıb.     

Alimlərin fikrincə, onların işi nəinki pterozavrların həyatına işıq salır, həm də gələcək texnologiyaların, məsələn, təyyarələrin, dronların və hətta çadırların təkmilləşdirilmiş dizaynlarının yaradılmasında yeni addım ola bilər.     

Günəş Mərd

tag: Elm,Araşdırma,Mezozey,Pterozavrlar,Todaypress.az,