Qədim dəniz timsahı tapıldı

Maraqlı

29.11.2024 18:55

Perunun Geoloji Mədən və Metallurgiya İnstitutunun və La Union məktəbinin paleontoloqları yaşı 10-12 milyon il aralığında olan qədim duzlu su timsahının fosilini aşkar ediblər. 

TodayPress xəbər verir ki, bu barədə “Phys.org” məlumat yayıb.

Fosil qalıqları Limadan təxminən 350 kilometr cənubda yerləşən Okukaxe səhrasında tapılıb. 

Aşkar edilən nümunə təxminən üç metr uzunluğunda olan balıq yeyən timsah növünə aiddir. Onu müasir timsahlardan və alliqatorlardan fərqləndirən əlamətlərdən biri burunun uzunsov olmasıdır.

Mütəxəssislər qalıqların, o cümlədən kəllə və çənələrin əsaslı şəkildə yenidən qurulmasını həyata keçiriblər ki, bu da onlara bu nümunənin əsas morfoloji xüsusiyyətlərini müəyyən etməyə imkan verib. 

Məlub olub ki, bu fosilin ən yaxın qohumu özündə qədim növlərin bir çox xüsusiyyətlərini ehtiva edən, müasir hind qavialıdır. 

Elm adamlarının sözlərinə görə, bu kəşf o dövrün biomüxtəlifliyini daha dərindən öyrənməyə köməklik göstərəcək. Həmçinin bölgənin paleontoloji tədqiqatlar üçün əhəmiyyətini artıracaq.

Qeyd edək ki, Okukaxe səhrası 5-23 milyon il əvvələ aid kiçik balinalar, delfinlər və köpəkbalıqlarının qalıqları da daxil olmaqla zəngin fosil tapıntıları ilə tanınır.  

Günəş Mərd

tag: Elm Adamları, Timsah, Kəşf,Peru, todaypress.az,