Qədim dəniz canlısının dişi tapıldı

Maraqlı

16.01.2025 14:38

Böyük Britaniyanın Uayt adasının cənub sahilində “Squalicorax” (Qarğa köpəkbalığı) köpəkbalığının dişi tapılıb.  

TodayPress xəbər verir ki, bu barədə “Wight Coast Fossils” (WCF) məlumat yayıb.

Qum daşı parçasına ilişib qalan diş təxminən 90-100 milyon il əvvəl okeanlarda yaşamış köpəkbalığına aid edilib.

Hündürlüyü 1,5 santimetrdən az olan aşkar edilmiş diş orijinal formada qorunub saxlanılıb ki, bu da tapıntını unikal edir. Daşdan çıxarıldıqdan sonra məşhur fosil tədqiqatçısı Teo Vikersin kolleksiyasına təhvil verilib. 

Son Təbaşir dövründə, təxminən 70 milyon il əvvəl, geniş yayılmış “Squalicorax”  köpəkbalığı dəniz yırtıcısıdır. Onun uzunluğu təxminən üç metrə çatır. 

Bu növün təxminən 66 milyon il əvvəl asteroidin vurması nəticəsində kütləvi yox olması iddia olunur.  

“Squalicorax” fosillərinə hazırda Avropa, Şimali Amerika, Afrika və Asiyada rast gəlinir.

Günəş Mərd

tag: Köpəkbalığı, Milyon, Amerika ,Diş, Tapılma ,todaypress.az,