Qarpızın bu hissəsini yeməyin!

Maraqlı

02.08.2024 11:47

Qarşıdan isti yay ayları gəlir. Şübhə yox ki, bu fəsli qarpızsız təsəvvür etmək olmaz. Çünki əsasən, sudan ibarət olan qarpız orqanizmin maye ehtiyacını ödəməklə ona böyük fayda verir. Tərkibində C, A vitamini, likopen və kalium olan qarpız immunitet sistemini gücləndirir, dəri sağlamlığını dəstəkləyir və əzələ işini tənzimləyir.

TodayPress xəbər verir ki, bununla belə, mütəxəssislər qarpızın istehlakı ilə bağlı ciddi xəbərdarlıq edir. 

Ekspertlərin sözlərinə görə, əgər qəlyanaltıya üstünlük verirsinizsə, yeməkdən ən tez 2 saat sonra qarpız yeyin. Bu, həm qan şəkərinin səviyyəsini tarazlaşdırır, həm də həzm sisteminə həddindən artıq yüklənmənin qarşısını alır.

Bundan başqa yeməklə bərabər qəbul edəcəksinizsə, o zaman çörəyin miqdarını azaldmaq məsləhət görülür. Çünki hər iki qida karbohidrat qrupun aiddir. 

Tərkibindəki su çox, turşusu az olduğu üçün qarpız tez xarab olan meyvədir. Buna görə də kəsdikdən sonra soyuducuda 3 gündən çox saxlamayın.

Göründüyü kimi, bütün qidalar faydalıdır. Amma onların faydasından yararlanmaq üçün düzgün yemək qaydalarına ciddi əməl edilməlidir. 

Nərmin Tuncay

tag: Qarpız, Zərər, Fayda, Həzm, Vitamin, todaypress.az,