Qarpız və qovunu 600 qramdan artıq yemək ziyandır

Maraqlı

08.08.2024 16:25

Gündəlik 400-600 qram, yəni iki-üç dilim qovun və ya qarpız yemək olar.

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Qastroenteroloqlar bildirib ki, balanslaşdırılmış qidalanma ilə adi insanın 600 qramdan çox qarpız və ya qovun yeyməsi məsləhət görülmür. 

Uşaqlar üçün də bu qidaları qəbul etmədə müəyyən limitlər var. Belə ki, 6 yaşdan sonra 200-400 qram qarpız və ya qovun qəbul etmək kifayətdir. Üç yaşınadək uşaqlarda isə bu, 100 qrama bərabərdir. 

Qarpız və qovun bir-birini əvəz edən məhsullar deyil, bu tərəvəzlərin hər biri özünəməxsus şəkildə faydalıdır. Belə ki, qovun saç üçün lazım olan çoxlu silikonları özündə ehtiva edir, qarpız isə dəmir və fol turşusu ilə zəngindir.

Töhfə Səməd

tag: Qarpız, Qovun, Uşaqlar, Zərər, Sağlamlıq, todaypress.az,