Qarğalar insanlar kimi saya bilirmiş
Maraqlı
04.07.2024 03:00
Aparılan araşdırmalar nəticəsində
qarğaların 4-ə qədər saya bildikləri aşkar edilib.
TodayPress xəbər verir ki, Almaniyadakı
Tübingen Universitetinin heyvan fiziologiyası laboratoriyası ilə tədqiqatçılar
qrupunun rəhbərlik etdiyi yeni araşdırmaya görə, bu maraqlı canlılar təkcə
saymaqla kifayətlənmir,həm də onlara göstərilən rəqəmin sayına uyğun səslər də
çıxara bilirlər.
Quşların rəqəmləri tanıması və
onlara reaksiya verməsi biz insanların həm körpə ikən saymağı öyrənmək, həm də
baxdığımız obyektlərin sayını tez tanımaq üçün istifadə etdiyimiz prosesə bənzəyir.
Qarğaların intellekti haqqındakı bu tapıntılar “Science” jurnalında dərc
edilib.
Heyvanlar aləmində saymaq
yalnız qarğalarla məhdudlaşmır. Belə ki, insanlar şimpanzelərə körpə uşaqlar
kimi ədədi ardıcıllıqla saymağı və rəqəmlərin dəyərini başa düşməyi öyrədiblər.
Hətta elm adamları qarışqaların addımlarını sayaraq öz koloniyalarına geri qayıtdıqları
nəzəriyyəsini də irəli sürüblər.
Bu son araşdırma göstərdi ki, qarğalar, insanlar kimi, rəqəmləri dəyərlərlə əlaqələndirməyi öyrənə və müvafiq olaraq yüksək səslə saya bilərlər.
Nəzrin Cavadzadə
tag: Qarğa,Araşdırma, Tübingen, Science, todaypress.az,