Qara dəliyin kənarındakı anomaliya alimləri çaşdırdı
Maraqlı
14.01.2025 19:18
Beynəlxalq astronomlar qrupu "1ES 1927+654" qalaktikasının mərkəzindəki superkütləvi qara dəliyin kənarında işığın təxminən üçdə bir sürətində hərəkət edən plazma axını və radiasiyada qeyri-adi dalğalanmalar aşkar ediblər. Bu qalaktika Drako bürcündə, bizdən 270 milyon işıq ili uzaqlıqda yerləşir.
TodayPress xəbər verir ki, bu barədə "The Astrophysical Journal Letters" jurnalı məlumat yayıb.
"1ES 1927+654" qalaktikasının mərkəzində təxminən 1,4 milyon günəş kütləsinə malik qara dəlik var. Həmin qüvvə 2018-ci ildən etibarən qeyri-adi hərəkətlər sərgiləyib. Belə ki, görünən, ultrabənövşəyi və rentgen diapazonlarında güclü emissiya meydana gəlib. Qara dəlik daha sonra durğunlaşıb gedib, lakin 2023-cü ildə aktivlik yenidən artıb. Bu, yeni radio partlayışlarına səbəb olan aşağı enerjili rentgen şüalarının uzun müddət artması ilə əlaqədar olub.
Son müşahidələr nəticəsində qara dəliyin hər iki tərəfində genişlənən plazma, ionlaşmış qaz şleyfləri aşkar edilib. Emissiyalar təxminən yarım işıq ilini əhatə edir və onların öyrənilməsi superkütləvi qara dəliklər ətrafında plazma axınlarının necə əmələ gəldiyinə dair vacib məlumatlar verə bilər.
Bundan əlavə, komanda bir neçə dəqiqədən bir 10% dəyişən rentgen şüalarının sürətli dalğalanmalarını aşkar edib. Bu nadir hadisə adətən superkütləli qara dəliklərdə müşahidə edilmir.
Töhfə Səməd
tag: Beynəlxalq ,1ES 1927+654,Drako ,Qalaktika,todaypress.az,