Qadınlar kişilərdən çox danışır? - Tədqiqat

Maraqlı

01.02.2025 12:46

Alimlər qadınların kişilərdən daha çox danışan olması ilə bağlı stereotipini bir daha sınaqdan keçirmək qərarına gəliblər.  

TodayPress xəbər verir ki, bu barədə “Personality and Social Psychology” jurnalı məlumat yayıb.

Tədqiqat çərçivəsində mütəxəssislər 10 yaşdan 49 yaşa qədər olan 2197 nəfəri qeydə alıb.

Təhlilin nəticələri göstərib ki, qadınlar gündə orta hesabla 13 349, kişilər isə 12 578 söz işlədib. 

Mindən çox söz fərqinə baxmayaraq, bu fərqin o qədər də böyük olmadığı qeyd edilib.  

Üstəlik, göstəricilər insandan insana dəyişib və fərdi keyfiyyətlərdən asılı olub.

Bundan əlavə, müəyyən ediblər ki, yeniyetməlik (10-17 yaş) və gənclik dövründə (18 yaş - 24 yaş) kişilər və qadınlar arasında işlədilən sözlərin sayındakı fərq yetkinlik dövründə (25 yaş-dan yuxarı) daha az olub.

Vurğulanıb ki, mövcud nəticələr kişilərin yoxsa, qadınların daha çox danışması sualına dəqiq cavab verməyə imkan verməyib.

Nicat Osman

tag: Alim,Qadın,Kiş,Danışıq,Söz,Todaypress.az,