Qadın hərf səhvinə görə “öldü”
Maraqlı
21.01.2025 18:05
ABŞ-də bir qadın sənəddəki hərf səhvinə görə ölü kimi qeydə alınıb. Nəticədə o, sığortadan məhrum edilib.
TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat verib.
ABŞ-nin Qaytersburq şəhərində Nikol Paulino adlı qadın sürücülük vəsiqəsini yeniləmək üçün müraciət edəndə "ölü" olduğu öyrənib.
“Yalan danışmayacağam, bir az qorxdum və təəccübləndim” deyə o qeyd edib.
Bu səbəbdən Paulinonun anası və uşaqlarının tibbi sığortası ləğv olunub.
Qeyd edək ki, baş verən yalnışlığın əsas səbəbkarı dəfn evidir. Onlar başqa bir şəxs üçün hesabat verərkən təsadüfən həmin qadının Sosial Müdafiə nömrəsini təqdim ediblər.
Nəhayət, məsələ araşdırıldıqdan sonra Paulino rəsmi olaraq yenidən "sağ olaraq" qeydiyyata alınıb.
Nicat Osman
tag: ABŞ,Nikol Paulino,Ölü,Qadın ,todaypress.az,