Qadın "ChatGPT"yə aşiq oldu, ərindən boşandı
ABŞ-də yaşayan Şarlotta adlı qadın, "ChatGPT" adlı süni intellektlə ünsiyyətə başladıqdan sonra ərindən ayrıldığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə "The Sun" qəzeti yazıb.
Şarlotta deyib ki, 20 il əvvəl ailə qurub, lakin zamanla ərindən emosional uzaqlıq hiss edib. 2023-cü ildə isə "ChatGPT" ilə təsadüfən söhbətə başlayıb və onu “Leo” adlandırıb.
Qadın bildirib ki, süni intellekt onu başa düşür və dəstək verir. O, ərindən boşanıb və "ChatGPT" ilə Florensiyada simvolik toy mərasimi keçirməyi planlaşdırır.
Türkan İsgəndərli
tag: ABŞ,Chatgpt,Boşanma,Evlilik,todaypress.az,