Psixika üçün təhlükəli qidalar açıqlandı
Maraqlı
07.10.2024 15:55
İstifadəsi insanın emosional vəziyyətinə mənfi təsir göstərən bir sıra məhsullar var.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, psixikaya zərərli məhsulların siyahısında birinci yerdə spirtli içki dayanır.
Spirtli içki qəbul edərkən yaranan eyforiya tez bir zamanda disfoniya ilə əvəz olunur. Bu, əsəbilik və digər insanlara qarşı düşmənçilik hisləri yaradır.
Eyni zamanda, spirtli içki qəbul edən zaman zəiflik, yorğunluq yaranır ki, bu da beynin koqnitiv funksiyalarını azaldır.
Un və qənnadı məmulatları da psixikaya təsir göstərir. Asanlıqla həzm olunan karbohidratlar əhval dəyişikliyinə və çörəyin istifadəsi ilə müşayiət olunan piylənmə özünə inam hissinin azalmasına səbəb olur.
Şəkər,həmçinin depressiya riskini əhəmiyyətli dərəcədə artırır. Çünki insulin və qlükoza balansının pozulmasına səbəb olur və sinir sisteminin sağlamlığı üçün zəruri olan “B” vitaminlərinin ehtiyatlarını tükəndirir.
Günəş Mərd
tag: Psixika, Qidalar ,Təhlükə, Həzm, Sağlamlıq ,todaypress.az,