Pomidor suyu ürək xəstəlikləri riskini azaldır

Maraqlı

18.06.2024 15:05

Qida rasionunda pomidor şirəsindən istifadə qan təzyiqini və orqanizmdə xolesterinin səviyyəsini aşağı salır.

TodayPress xəbər verir ki, mütəxəssislərin fikrincə, bu iki amil ürək xəstəliklərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. 

500-dən çox qadın və kişinin iştirakı ilə aparılan elmi təcrübələr maraqlı nəticələr verib.

Təcrübəyə başlamazdan əvvəl alimlər iştirakçılarda qan təzyiqini və xolesterinin səviyyəsini ölçüblər. Sonra, iştirakçılar bir il ərzində pəhrizlərində seyreltilməmiş pomidor suyundan istifadə ediblər.    

Bir ildən sonra tədqiqat iştirakçılarının qan təzyiqinin əhəmiyyətli dərəcədə azaldığı və orqanizmlərindəki xolesterinin səviyyəsinin əhəmiyyətli dərəcədə minimuma endiyi müşahidə olunub. 

Alimlər qeyd ediblər ki, pomidor şirəsinin ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların qida rasionunun daxil edilməsi vacibdir. 

Günəş Mərd

tag: Qida, Pomidor, Xolesterin, Qan təzyiqi, Maraqlı,todaypress.az,