Plastik tullantılarla çalışan raket hazırlandı

Maraqlı

02.08.2024 09:00

Britaniyalı bir şirkət, Marsa səyahət üçün plastik tullantılardan istifadə etməyə çalışır.

TodayPress xəbər verir ki, şirkətin bu layihəsi, həm də nüvə sintezi ilə işləyən Mars raketi layihəsinin ilk addımılarıdır.

Əslində tullantılardan enerji əldə etmək fikri yeni deyil. Lakin ilk dəfə olaraq tullantılardan əldə edilən yanacaq, kosmos səyahətlərində istifadə oluna biləcək. Bu kontekstdə Britaniyanın “Pulsar Fusion” şirkəti, qismən plastik tullantılarla işləyən raket mühərrikinin sınaqlarına başlayıb. Şirkətin məqsədi plastik tullantılarla təchiz edilən bu raketlə kosmos səyahətlərini daha davamlı etməkdir. Lakin “Pulsar Fusion”-un əsas məqsədi, adından da göründüyü kimi, nüvə sintezi mühərriki ilə Marsa səyahət etməkdir.

Plastik tullantılardan yanacaq istehsalı ideyası yeni deyil. Belə ki, “Virgin Galactic” adlı şirkət, bundan əvvəl 2014-cü ildə bu mövzuda təcrübələr aparmış, lakin cəhdlər uğursuz alınmışdı. “Pulsar Fusion” şirkəti isə yüksək sıxlıqlı polietilen (HDPE) və plastik tullantılardan əldə edilən azot oksidinin qarışığı olan hibrid yanacaqdan istifadə edir. Bu hibrid yanacaqdakı HDPE, plastik butulkalar və borular kimi tullantılardan əldə edilə bilən bir yanacaq növüdür. Pulsar Fusion, raketin ilk statik sınaqlarını başa çatdırıb. Raket, Britaniya Müdafiə Nazirliyinin hərbi bazasında keçirilən sınaqlarda uğurlu nəticələr əldə edib.

tag: Pulsar Fusion, Plastik, Raket, Mars, Virgin Galactic, todaypress.az,