Plastik şüşələrdən su içmək diabet riskini artırır -ARAŞDIRMA

Maraqlı

27.06.2024 21:52

Yeni araşdırmalar, plastik şüşələrin mühüm kimyəvi komponentinin 2-ci tip diabet riskini artırdığını ortaya çıxarıb.

TodayPress xəbər verir ki, “Diabetes” akademik jurnalında dərc edilən araşdırma, plastik su şüşələri də daxil olmaqla qida və içki qablaşdırmalarının istehsalında istifadə edilən kimyəvi maddə olan BPA-nın orqanizmdə şəkər mübadiləsini tənzimləyən hormon insulinə qarşı həssaslığı azalda biləcəyini aşkar edib.

Amerika Diabet Assosiasiyasının 2024-cü il Elmi Sessiyalarında təqdim olunacaq tapıntılar ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyini (EPA) şüşələrdə və qida qablarında BPA-ya məruz qalma üçün təhlükəsiz limitləri yenidən nəzərdən keçirməyə çağırır.

Əvvəlki tədqiqatlar artıq göstərib ki, plastik və epoksi qatranların hazırlanmasında istifadə edilən Bisfenol A kimyəvi maddəsi insanlarda hormonları pozur.

Tədqiqatçıların fikrincə, paslanmayan poladdan, şüşə butulkalardan və ya BPA-sız qutulardan istifadə etməklə BPA-ya məruz qalmanın azaldılması diabet riskini də azalda bilər.

GÜNEL

tag: Plasik butulka, BPA, Mühafizə Agentliyi,Amerika, todaypress.az,