Piylənmənin əsas səbəbləri nələrdir? - Həkim açıqladı

Maraqlı

20.09.2024 13:40

Əgər bağırsaqda “helicobacter pylori” bakteriyası varsa, orqanizmdə piylənmə riski artır. Çünki həmin bakteriya hormonal proseslərə təsir edir. 

TodayPress xəbər verir ki, bu barədə endokrinoloq Natalya Tanıgina məlumat verib. 

Həkimin sözlərinə görə, “helicobacter” mədənin selikli qişasını məhv edə və xoraların əmələ gəlməsinə səbəb ola bilər. Bakteriyalar da intoksikasiyaya səbəb olur və orqanizm buna insulin istehsalını artırmaqla cavab verir. İnsulin güclü anabolik hormondur və onun anabolik təsiri təkcə beyin və əzələlərə deyil, həm də yağ toxumasına yayılır. Piy əldə etmək asanlaşır, itirmək isə daha da çətin olur” deyə mütəxəssis izah edib.

Töhfə Səməd

tag: Bağırsaq, Piylənmə ,Həkim, Sağlamlıq ,İnsanlar ,todaypress.az,