Peşəsini dəyişmək istəyənlərə “qızıl” məsləhətlər
Maraqlı
25.09.2024 16:15
Əksər hallarda insanlar gənclik illərində peşə seçimi edərkən onun nəticələrini tam dərk etmirlər. Bu seçimə çox zaman valideyn təzyiqi və ya həyat şəraiti təsir edir.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, belə şəxslər sonradan 35-40 yaşlarında peşələrini dəyişməyə qərar verirlər.
Karyera məsləhətçiləri orta yaş dövründən sonra iş yerini dəyişmək qərarına gələnlərə CV tərtib etməyi deyil, seçdikləri peşədə daha da necə inkişaf edəcəklərini, ondan nə gözlədiklərini və hansı bacarıqlara sahib oduqlarını dəqiqləşdirməyi tövsiyə edirlər.
Qeyd olunur ki, 40 yaşdan yuxarı insanlar çox vaxt iş tapmaqda daha çox çətinlik çəkir. Bu, həm işə götürənlərin yaşlı müraciət edənləri qəbul etmək istəməməsi, həm də namizədlərin özləri gənclərlə rəqabət aparmaq istəmədiklərinə və maaşların aşağı salınmasına razı olduqlarına görə baş verir.
40 yaşına qədər insan, bir qayda olaraq, artıq bəzi peşəkar yüksəkliklərə çatır. Onun həyat keyfiyyətini təmin edən müəyyən bir gəlir səviyyəsi var və onu dəyişdirməyə hazır deyil. Bu problemi həll etmək üçün belə şəxslərə özünü yeni peşə üzrə inkişaf etdirmək məsləhət görülür.
Günəş Mərd
tag: Peşə, İnsanlar, Karyera,Namizəd,CV ,todaypress.az,