Pəhrizlərin zərərləri açıqlandı
Maraqlı
14.08.2024 11:59
Pəhriz saxlamaq insan sağlamlığına təhlükə yaradır.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər müəyyən qidaların neoplazmaların böyüməsini yavaşlatmağa kömək edə biləcəyini bildiriblər. Yumurta, soya, kətan toxumu bu qidalar arasındadır. Ancaq onkoloji xəstəliklərin qarşısını ala biləcək xüsusi pəhrizlər yoxdur.
Dietoloqlar pəhriz zamanı müxtəlif qidalardan tamamilə imtina edilməsini yanlış hesab edirlər. Bu xüsusilə şəkər və ət məhsullarına aiddir.
Qeyd edilir ki, ət, balıq, quş əti və süd məhsulları zəngin zülal mənbəyidir və immunitetin normal fəaliyyəti və toxumaların bərpası üçün zəruridir. Şəkər isə öz növbəsində orqanizmi enerji ilə təmin edir.
Alimlərin fikrincə, sağlamlığımızı qorumaq üçün ən yaxşı seçim bütün növ qidalardan normal miqdarda yeməkdir.
Günəş Mərd
tag: Dietoloq, Pəhriz, Zərər, Sağlamlıq, Zülal, todaypress.az,