Payızda dəriyə qulluq qaydaları

Maraqlı

13.09.2024 18:10

Payızda insanlar adətən yayda düzgün qulluq edilməyən dəri və saç baxımının, yanlış qidalanmanın nəticələri ilə üzləşirlər. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, digər fəsillərdə olduğu kimi dərini sağlam saxlamaq üçün dermatoloqlar payızda da sağlam yağlar, zülallar, mürəkkəb karbohidratlar, vitaminlər və minerallarla zəngin balanslaşdırılmış qidalanmanın əsas prinsiplərinə riayət etməyi tövsiyə edirlər. 

Payızda ətraf mühitin temperaturu və rütubəti dəyişir. Qızdırılan otaqlarda soyuq, külək və quru havanın təsiri altında dərinin epidermal baryeri pozu-lur və bu, onun qoruyucu funksiyasını tam yerinə yetirməsinə mane olur. 

Dəridə quruluq, iltihab və qaşınma yaranır. 

Qeyd olunub ki, ətraf mühit şəraitinin dəyişməsi səbəbindən saçlar da quruya bilər. 

Mütəxəssislər qeyd edirlər ki, hər gün səhər üzünüzü təmizləyici vasitə ilə yumalı və sonra üzünüzə günəşdən qoruyucu sürtməli, axşam isə üz dərinizi təmizlədikdən sonra nəmləndirici krem çəkməlisiniz.  

Müasir günəş kremləri nəmləndirici komponentləri ehtiva edir, buna görə də səhərlər, məsələn, nəmləndirici olmadan yalnız bir spf məhsulundan isti-fadə etmək məsləhət görülür. 

Günəş Mərd

tag: Dəri ,Payız ,Mütəxəssislər ,Kremlər,Spf, todaypress.az,