Papanın ölümünü İstanbul zəlzələləri ilə nə bağlayır? – ŞOK DETALLAR
Aprelin 21-də Roma Papası Fransiskin vəfat etməsi və iki gün sonra İstanbulda ardıcıl güclü zəlzələlərin baş verməsi qədim və mistik xristian kəhanətini yenidən gündəmə gətirib.
TodayPress məlumat verir ki, həmin kəhanətə görə, Papa öldükdən sonra yeddi təpə üzərində qurulmuş şəhər yerlə-yeksan olacaq.
1139-cu ildə İrlandiyalı baş yepiskop Müqəddəs Malaki tərəfindən yazıldığı iddia olunan bu kəhanət, hər biri qısa və simvolik olmaqla 122 cümlədən ibarətdir.
Bu kəhanət kitabının son hissəsində Papa Romalı Petrusun adı çəkilir. Qeyd olunur ki, onun ölümündən sonra yeddi təpə üzərində qurulmuş şəhər yerlə-yeksan olacaq və xəritədən silinəcək.
Lakin bir çox mənbə bu adın simvolik olduğunu iddia edir. Bildirilir ki, bu kəhanət sadəcə Romalı Petrusla əlaqəli deyil. Sözgügedən faciə hər hansı Papa öldükdən sonra da baş verə bilər.
Məlumat üçün qeyd edək ki, hazırda dünyada yeddi təpə üzərində qurulmuş bir neçə şəhər var. Onların siyahısında İstanbul ən başda dayanır. Papa Fransiskin ölməsindən 2 gün sonra isə İstanbulda ard-arda baş verən zəlzələlər, 900 illik kəhanəti yenidən aktual müzakirə predmetinə çevirib.
Alimlər bunun sadəcə mifalogiya olduğunu iddia etsələr də, mistik sahə üzrə maraqlananlar İstanbulda yaşayan vətəndaşların özlərini böyük dağıntılara hazırlamalı olduqları ilə bağlı xəbərdarlıq ediblər.
Bəs kəhanət reallığa nə qədər uyğundur? Baş verənlər sadəcə təsadüfdür? Bu cür kəhanətlərin yayılması adətən qlobal qeyri-sabitlik dövrlərində artır. Vatikanın son illərdə üzləşdiyi skandallar, kilsədə nüfuzun azalması, Avropadakı sekulyarlaşma və Ukrayna müharibəsi fonunda dini və mədəni strukturlara inamın sarsılması bu kəhanətlərin yenidən gündəmə gəlməsinə zəmin yaradır.
Eyni zamanda, bu cür ifadələrin bəzi siyasi dairələr və ya sui-qəsd nəzəriyyəçiləri tərəfindən manipulyasiya olunduğunu da qeyd etmək lazımdır.
"Yeddi təpəli şəhərin yıxılması" ifadəsi həmçinin sivilizasiyaların sonu, yeni dünya nizamına keçid və ya dini reformalarla da əlaqələndirilə bilər. Bundan başqa, elmi-coğrafi araşdırmalar göstərir ki, Türkiyənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir.
Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasındadır. Bu lövhələr yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır və nəticədə güclü zəlzələ baş verir. Həmçinin alimlər və seysmoloqlar dəfələrlə İstanbulda güclü zəlzələnin baş verəcəyi, qitələrin birləşəcəyi və düzgün tikilməyən minlərlə binanın çökməsi nəticəsində kütləvi insan ölümünün baş verəcəyi haqqında xəbərdarlıq ediblər.
Buna görə də "Papa öldükdən sonra yeddi təpə üzərində qurulmuş şəhər yerlə-yeksan olacaq" kəhanəti real proqnozdan çox, simvolik və apokaliptik mesaj daşıyan bir ifadə kimi görünür.
Tarix boyu bu tip kəhanətlər ya dini dəyişikliklərə, ya da ictimai şüurda inqilabi dönüşlərə işarə edib. Mövcud reallıqda İstanbulun fiziki dağıntıya məruz qalması ehtimalı yüksək olsa da, tamamilə xəritədən silinməsi şişirdilmiş ifadə sayılır.
Amma Romadakı dini liderin və ya Vatikanın təsir gücündəki simvolik dəyişikliklər bu ifadənin metaforik həyata keçməsi kimi qəbul edilə bilər.
Töhfə Səməd
tag: Papa,Fransisk,Roma,Katolik,Ölüm,Kəhanət,Yeddi Təpə,Zəlzələ,İstanbul,İddia,Araşdırma,Todaypress.az,