Özbəkistanda zooparkda üç şir mühafizəçini öldürdü

Maraqlı

18.12.2024 05:34

Özbəkistanın Daşkənd vilayətindəki şəxsi zooparkda üç aslan gözətçiyə hücum edərək öldürüb.

TodayPress xəbər verir ki, bu barədə vilayət polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Daşkənd vilayətinin Parkent rayonunda yerləşən “Lion Park” özəl zooparkında bir qəfəsdə saxlanılan üç aslan zooparkın həyətinə qaçaraq, gözətçiyə hücum edib. Nəticədə  44 yaşlı qapıçı aldığı xəsarətlərdən dünyasını dəyişib”  deyə məlumatda qeyd olunub.

Mətbuat xidməti başqa itkilər barədə məlumat verməyib. Aslanlar xüsusi qəfəsə qaytarılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerində araşdırmalar aparır.

Aynur TAC

 

tag: Daşkənd, özbəkistan, Gözətçi, Aslan, Hücum, Ölüm, todaypress.az,