Oturaq həyat tərzinin fəsadları

Maraqlı

23.07.2024 13:14

Ofisdə, nəqliyyatda, evdə oturmaq əksər insanların bütöv gün boyu etdiyi ən böyük “fəaliyyət”dir. Lakin uzun müddət oturaq vəziyyətdə qalmaq ürək-damar və diabet kimi ciddi xəstəliklərə zəmin yaradır.

TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

Covid-19 pandemiyasından bu yana evdən işləməyi artıq adət etmişik. Bu da “kollektiv oturma” xəstəliyi yaradıb. Ayağa qalxmadan masa arxasında saatlarla oturmaq, indi insanlara daha asan gəlir. Tədqiqatçılar bildirib ki, insanlar Homo sapiensdən Homo sedenlərə – “oturan adam”a çevriliblər. 

Alimlərin fikrincə, oturaq həyat tərzi xüsusən də ayaqlarda damar disfunksiyasının artmasına səbəb olur. Beləcə ayaq əzələlərinə periferik qan axını azalır, damarlarda qan yığılır. Bu da öz nəvbəsində vaxtından əvvəl ölüm riski yaradır.

Tədqiqatçılar 120-180 dəqiqədən artıq oturmamağı, əgər işləyirsinizsə, bu zaman hər 2-3 saatdan bir ayağa qalxıb gəzməyi tövsiyə edir. 

Töhfə Səməd

tag: Ofis, Həyat Tərzi, Alimlər, Tədqiqatçılar, todaypress.az,