Orqanizmi qalxan kimi qoruyan RESEPT

Maraqlı

08.10.2024 10:34

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. 

TodayPress xəbər verir ki, ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığını bildirirlər. Antioksidant, iltihab və mikrob əleyhinə xüsusiyyətlərə malik olan bu qarışım xəstəliklərə qarşı qoruyucu qalxan rolunu oynayır.

1 qaşıq zeytun yağına 1 çimdik sarıkök əlavə edib səhərlər acqarına istehlak etsəniz, bədəndəki iltihablardan qısa müddətdə xilas ola bilərsiniz. Bundan başqa hüceyrə zədələnməsinin qarşısı alınır, immunitet sistemi güclənir və qəbizlik problemi həll olunur.  

Nərmin Tuncay

tag: Sarıkök ,Orqanizm, Xəstəlik, Sağlamlıq ,Bədən, todaypress.az,