Ömrü uzatmağın yeni yolu tapıldı

Maraqlı

08.08.2024 19:45

Alimlər müəyyən ediblər ki, orqanizmin hüceyrələrini P21 zülalından təmizləmək siçanların ömrünü artırır. 

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “PubMed” portalında dərc olunub. 

Təcrübə zamanı alimlər vaxtaşırı iyirmi aya çatmış gəmiricilərin hüceyrələrini P21 (p21Cip1)  zülalından təmizləyiblər. Nəticədə heyvanların ürək və metabolik funksiyalarının yaxşılaşdığı, orta və maksimum ömrünün artması müşahidə olunub. 

Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, P21-in aradan qaldırılması bədəndə iltihabın səviyyəsini daha da azaldır. Alimlər oxşar nəticələrin insan hüceyrələrini P21-dən təmizləyərək əldə edilə biləcəyini bildiriblər. Ancaq bu fərziyyəni təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var. 

Günəş Mərd

tag: Ömür, Təcrübə,P21, Alimlər, Hüceyrələr, todaypress.az,