Ömrü bir neçə il uzatmağın sadə yolu
Maraqlı
15.10.2024 17:05
Siqareti tərgitməklə ömrü bir neçə il uzatmaq olar.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, əgər 35 yaşında bu pis vərdişdən əl çəksəniz, orta hesabla 8 il həyatınızı xilas edə bilərsiniz.
45 yaşında siqareti tərgitməklə orta hesabla 5,6 il, 55 yaşında tərk etməklə isə 3,4 il çox yaşamaq olar.
Siqareti 65 yaşında dayandırdıqda isə 1,7 il əlavə yaşaya bilərsiniz.
Endokrinoloq xəbərdarlıq edib ki, siqaret tüstüsünün tərkibində demək olar ki, bütün orqanlara zərər verən və müxtəlif növ xərçəng, insult, ürək və ağciyər xəstəlikləri ilə əlaqəli minlərlə zəhərli kimyəvi maddə var.
Günəş Mərd
tag: Ömür ,Siqaret ,Endokrinoloq, Tüstü ,Xərçəng ,Xəstəlik, todaypress.az,