Ölümləri "proqnozlaşdıran" pişik
Maraqlı
15.07.2024 10:44
ABŞ-də Oskar adlı pişik qocalar evində sığınacaq taparaq, yeni sahiblərinə gözlədiklərindən çoxunu verib və sakinlərdən hansının tezliklə öləcəyini "proqnozlaşdırmağa" başlayıb. Heyvan 100-dən çox ölümü "proqnozlaşdıra" bilib.
TodayPress xəbər verir ki, Qeyri-adi olay ABŞ-nin Rod-Aylend ştatının Providense şəhərindəki Steere House Reabilitasiya Mərkəzində yaşanıb. Bir gün mərkəzin işçiləri baş verənlərin təsadüfi olduğunu isbat etmək üçün eksperement keçiriblər. Onlar pişiyi, guya ölüm ayağında olan yaşlı bir kişinin yanına gətiriblər.
Dördayağlını onunla vaxt keçirməyə məcbur etməyə çalışıblar. Lakin Oskar zahirən sağlam bir insanın yanında olmağı seçib. Həmin şəxs də bir neçə gün sonra dünyasını dəyişib.
Nərmin Tuncay
tag: ABŞ, Oskar Pişik, Rod-Aylend Ştat, Proqnoz, todaypress.az,