Ölüm Vadisində unikal təbiət hadisəsi aşkar edildi
Şimali Amerikanın Ölüm Vadisində alimlər unikal təbiət hadisəsi aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə "LiveScience" məlumat yayıb.
Bir neçə aydır davam edən tufanlar nəticəsində nəhəng “müvəqqəti” göl əmələ gəlib.
Qeyd edək ki, quraq Ölüm Vadisi Şimali Amerikanın ən aşağı nöqtəsidir - səhra dəniz səviyyəsindən 86 metr aşağıda yerləşir, buna görə də bu ərazidə tez-tez gölməçələr əmələ gəlir. Belə göllərin bir neçə həftə ərzində quruduğu deyilir, lakin bu su yığını istisna olub. 10 ilə 5 kilometr əraziyə qədər böyüyüb və dərinliyi bir metrə çatıb. Alimlərin fikrincə, göl bütün müşahidə edilənlər tarixində ən sabiti olub.
Töhfə Səməd
tag: Şimali Amerika,Ölüm Vadisi,Təbiət Hadisəsi,Göl,todaypress.az,