Oksford lüğətinə yeni söz əlavə edildi
Filippində istifadə edilən taqal dilindən olan "gigil" sözü Oksford İngilis Lüğətinə (OED) əlavə edilib.
TodayPress xəbər verir ki, bu, "bir şey son dərəcə sevimli olduqda oyanan güclü hiss" mənasındadır.
İnsanlar "gigil"i şiddətlə qarışıq sevgi hissi zamanı işlədə bilərlər.
Məsələn, pişik balası və ya körpə görəndə onun yanaqlarını sıxmaq, çimdikləmək, sərt sevmək kimi hislərin yaranması bu qəbildəndir.
Universitetdən bildirilib ki, söz həm isim, həm də sifət olaraq istifadə oluna biləcək.
Həmçinin sözün mənşəyinin aydın olmadığı, ərəb və ya portuqal dilindən götürülə biləcəyi vurğulanıb.
Türkan İsgəndərli
tag: Oksford,Lüğət,Gigil,Söz,Todaypress.az,