Niyə bəzən heç bir problem olmadığı halda birdən-birə əsəbləşirik?

Maraqlı

22.06.2024 20:12

Bəzən hər şey yolunda gedərkən ani bir kədər dalğası demək olar ki, hər kəsin gündəlik həyatında qarşılaşdığı bir vəziyyətdir. Elə isə, heç düşünmüsünüzmü niyə bəzən səbəbsiz yerə kədərlənirik?

Duyğuların ani dəyişiminin bir çox səbəbi var.

TodayPress əhvalımızın birdən-birə dəyişməsinə səbəb olan amilləri bir araya topladı. Heç bir problem olmadıqda bəzən qəfil kədərlənməyimizin mümkün səbəbləri bunlardır:

1. Beynimiz məlumat və xatirələri deposudur. Buna görə də müəyyən eşitmə və ya vizual stimulların neyron nostaljisini nə vaxt tətikləyəcəyini bilmirik. Bu tətikləndiyi zaman isə beynimizin hansı hadisəni xatırladığını anlaya bilmirik. Lakin içimizdəki kədəri asanlıqla hiss edə bilirik Belə bir anı yaşadığınız zaman əhvalınız qəfil korlana bilər, hətta ağlamağa başlaya bilərsiniz. Kədərin hardan qayanqlandığını bilməmək zehni yoran bir prosesdir, lakin bu kədəri tətikləyən bir çox səbəb var. Bu səbəblər etibar, travmatik təcrübələr və sizin qavrayışlarınız kimi amillərdən ibarətdir.

2. Bir insana güvənmək illərimizi ala bilər, amma bu inamı qırmaq üçün saniyələr kifayətdir. Xüsusilə də ətrafınızdakılara inamınız qırılanda yenidən güvənmək çətin ola bilər. Özünüzə güvəndiyiniz üçün peşmansınızsa, özünüzü başqa insanlara bağlaya və tənhalıq, təcrid kimi hisslər yaşamağa başlaya bilərsiniz.

3. Kədəriniz qavrama qabiliyyətinizdən də asılı ola bilər. Qavrama bir vəziyyətin sizə nə qədər təsir etməsinə icazə verdiyinizi və emosional vəziyyətinizi idarə edə biləcəyinizi ifadə edir. Başqa sözlə, ətrafınızdakı insanlar və onların düşüncələri ilə yaşadıqlarınız sizi əsəbiləşdirə bilər və hiss etdiklərinizlə məhdudlaşa bilərsiniz. Beləliklə, həyatınıza müdaxilələr psixi sağlamlığınıza da təsir edə bilər.

4. Açıqlana bilməyən kədərə səbəb ola biləcək səbəblərdən biri də yaşadığınız travmatik təcrübələr ola bilər. Keçmişdəki faciəli hadisələr, məsələn, xoş olmayan rəftar, qeyri-etik münasibətlər və ya sevilən bir insanı itirmək. Bu faktorlar hətta sizi illər sonra belə depressiyaya sala bilər.

5. Bir şeyə görə hiss etdiyiniz günahkarlıq hissi sizi zaman-zaman narahat etdiyi kimi, daşıdığınız kədər də hər an sizi tətikləyə bilər. Bu kimi hadisələr birdən-birə beyninizdə yarana və heç bir səbəb olmadan sizi əsəbləşdirə bilər.

6. Kədərlənmənin başqa bir səbəbi də yaşla əlaqəlidir. Məsələn, depressiya yeniyetməlik və ya qocalıq dövründə daha çox nəzərə çarpır.  Deməli, insanın yaşı da əsassız hüzündə müəyyənedici amil ola bilər.

7. Bəzi insanlar əsəbiləşdikləri zaman bunu göstərmirlər. Hisslərin maskalanması insanların birdən-birə tətiklənməsinə səbəb ola bilər. Yəni, emosiyalarını boğduqları üçün birdən-birə kədərlənə bilərlər.

8. İstifadə etdiyiniz hər hansı bir dərman preparatları da heç bir səbəb olmadan sizi əsəbləşdirərək yan təsirlərə səbəb ola bilər. Xüsusilə artıq psixoloji pozğunluğunuz varsa, bu vəziyyəti tez-tez yaşaya bilərsiniz. Bundan əlavə, digər dərmanlar da emosional dalğalanmalara səbəb ola bilər.

Bütün bu səbəblər bir anlıq kədərinizin səbəbi ola bilər və ya yalnız bunlardan biri üzündən əsəbləşə bilərsiniz. Bu cür kədər normaldan daha tez-tez təkrarlanırsa və daha uzun müddət davam edirsə bir mütəxəssisə müraciət etmək mütləqdir.

 GÜNEL

 

tag: Kədər dalğası,Travma, Emosianal vəziyyət,Mütəxəssis, todaypress.az,