"Nike" "kirli" ayaqqabı satacaq

Maraqlı

05.05.2025 18:25

10

"Nike" şirkəti kir və cızıqları təqlid edən dizayna malik yeni "dotSWOOSH x Nike Air Force 1 Dirty Triple" modelini təqdim edib. 

TodayPress xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Ağ rəngli bu ayaqqabılar qocalmış effektlə hazırlanıb və 130 dollara (təxminən 221 manat) satışa çıxarılacaq. Maraqlı xüsusiyyət ondadır ki, bu model geyindikcə əksinə, getdikcə daha da ağarır. 

"Nike" dizaynerləri bu yanaşmanı “hər bir cütün öz hekayəsi var” fikri ilə əsaslandırıb. Yeni model mayın 7-dən satışa çıxarılacaq.

Türkan İsgəndərli

tag: Nike,Ayaqqabı,Kirli,Köhnə,todaypress.az,