"New Yorker" geyim şəbəkəsinin yaradıcısı vəfat etdi
Maraqlı
17.11.2024 00:11
Alman milyarder və sahibkar, məşhur New Yorker geyim şəbəkəsinin
qurucusu və rəhbəri Fridrix Knapp 73 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə “Tagesschau” portalı məlumat yayıb .
Şirkətin idarəedici direktorları Helen Steiner və Jonas Gnauk qeyd ediblər ki, Knapp öz cəsarətli və uzaqgörən hərəkətləri ilə “New Yorker”i dünyanın aparıcı moda şirkətlərindən birinə çevirib.
Məlumata görə, sahibkar Sylt adasında dünyasını dəyişib.
Aynur TAC
tag: Alman, Milyarder, New Yorker,Fridrix Knapp, Helen, todaypress.az,