Nəsli kəsilən canlılar tapıldı
Dominikan Respublikasında sebesidlər kimi tanınan timsah növünə aid fosillər aşkar edilib.
TodayPress xəbər verir ki, araşdırmanın nəticələri "Proceedings of the Royal Society B" jurnalında dərc olunub.
Alimlərin hesablamalarına görə, tapılan qalıqların yaşı 4,5-7 milyon il arasındadır. Sümüklərin və dişlərin analizi bu heyvanın yırtıcı olduğunu və qida zəncirində ən yüksək pillədə dayandığını göstərib.
Sebesidlər iti dişləri və düz əzaları ilə tanınan, yerüstündə yaşayan timsahlardır. Onların materikdə təxminən 10 milyon il əvvəl nəsli kəsilsə də, bu tapıntı onların adalarda, xüsusən də Karib bölgəsində daha uzun müddət yaşaya bildiyinə işarədir.
Türkan İsgəndərli
tag: Timsah,Nəsli kəsilən,Fosil,Canlı,todaypress.az,