Neandertalların yeni texnologiyası kəşf edildi
Maraqlı
23.11.2024 13:35
İspaniyanın Mursiya Universitetinin alimləri Vanqard mağarasında neandertalların bitkilərdən qatranı distillə etmək üçün yaratdığı qədim soba aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Quaternary Science Reviews” jurnalında yazılıb.
Vanqard mağarasındakı ocağın strukturunu təhlil etmək üçün alimlər bir sıra üsullardan, o cümlədən geokimyəvi, mineraloji, palinoloji və mikromorfoloji analizlərdən istifadə ediblər. Bu üsullar qədim ocaq qalıqlarının tərkibini və quruluşunu dəqiq öyrənməyə və ondan istifadə xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
Mikromorfoloji analiz zamanı quruluşun içərisində karbonat süxurları tapılıb. Ehtimal olunur ki, o proses üçün optimal aşağı oksigen mühiti yaratmaq üçün istifadə edilib.
Tədqiqatın nəticəsi, neandertalların mürəkkəb texnoloji prosesləri təşkil edə bildiklərini təsdiqləyir ki, bu da onların koqnitiv inkişafının yüksək səviyyəsdə olduğundan xəbər verir.
Günəş Mərd
tag: İspaniya, Mursiya, Vanqard, Mağara,Mağara, todaypress.az,