Namibiyada fillər və begemontlar məhv ediləcək

Maraqlı

02.09.2024 21:55

Namibiyada 83 fil, 30 begemot  heyvanı vurularaq məhv ediləcək.

 

TodayPress xəbər verir ki, bu barədə Namibiyanın Ətraf Mühit, Meşə Təsərrüfatı və Turizm Nazirliyi məlumat yayıb. 

 

Məlumata görə, bu heyvanlardan başqa 60 camış, 50 impala, həmçinin 300 zebranın vurulması planlaşdırılır. 

 

Proqramın məqsədi Afrikanın cənub-qərb ölkəsində quraqlığın təsirini azaltmaqdır.

 

Mayda quraqlıq vəziyyəti pisləşdiyi üçün Namibiya fövqəladə vəziyyət elan edib.

 

Təxminən 1,4 milyon insanın - əhalinin təxminən yarısının ciddi ərzaq təhlükəsizliyi ilə üzləşəcəyi gözlənilir.

 

Ölkə ərazisində bu günə qədər 150-dən çox heyvan öldürülüb, nəticədə 125 min puddan ( təxminən 2 047 500 kq) çox ət əldə edilib.

 

Aynur TAC

tag: Nambiya,Afrika, Quraqlıq,Fövqəladə Vəziyyət,todaypress.az,