Nadir təbiət hadisəsi: Yerin maqnit sahəsində 17 saatlıq fasilə qeydə alındı

Maraqlı

02.01.2025 17:54

NASA alimləri nadir təbiət hadisəsini - Yerin maqnit sahəsində 17 saat davam edən fasiləni qeydə alıblar.    

TodayPress xəbər verir ki, bu barədə “Space Weather” jurnalında məlumat verilib. 

Tədqiqatçıların fikrincə, bu hadisə 2024-cü il dekabrın 25-də başlayıb və tarixdə görünməmiş hadisə olub.

Astrofiziklər tərəfindən təsdiqlənən və Yeni Zelandiyada vizual olaraq qeydə alınan anomaliya şimal işıqlarının parlaq yanıb-sönməsinə səbəb olub. Bunu müşahidə edən fotoqraf Ceyms Uilson,15 illik işində heç vaxt belə parlaq şimal işıqlarını görmədiyini bildirib. 

"Göy zümrüd və bənövşəyi çalarlarla dolu idi, inanılmaz idi" deyə qeyd edib.  

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür maqnit sahəsi qırılmaları peyklərin və GPS (Qlobal Positioning System) sistemlərinin işinə təsir göstərə bilər. 

Fakt budur ki, maqnit sahəsinin davranışındakı dəyişikliklər peyk naviqasiya sistemlərinin fəaliyyətini pozan günəş küləyinə yol aça bilər. Ancaq bu insan sağlamlığı üçün təhlükəsizdir.

Alimlər müasir monitorinq sistemlərindən istifadə etməklə maqnit sahəsinin vəziyyətini izləməyə davam edir və ümid edirlər ki, gələcək tədqiqatlar Günəş və Yerin qarşılıqlı təsirini daha yaxşı başa düşməyə kömək edəcək.

Günəş Mərd

tag: Astrofizik ,Viziual ,NASA ,Maqnit ,Sahə, todaypress.az,