Musiqi iş məhsuldarlığını artırır – Araşdırma

Maraqlı

18.02.2025 11:03

2716

ABŞ-nin Nyu-York və Stenford universitetlərinin alimləri müəyyən ediblər ki, xüsusi olaraq iş prosesinə uyğun yaradılmış musiqi həqiqətən məhsuldarlığı artırır. 

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “PLOS One”da dərc olunub.

Tədqiqat çərçivəsində 196 könüllü müxtəlif musiqi növlərini – iş üçün xüsusi seçilmiş pleylistləri və adi ofis fon səslərini dinləyərək psixoloji testlərdən keçiblər.

Alimlər müəyyən ediblər ki, yalnız iş üçün nəzərdə tutulan musiqi məhsuldarlığa müsbət təsir göstərir. Bu cür musiqi iştirakçıların əhvalını yaxşılaşdırıb, onların tapşırıqları daha effektiv yerinə yetirməsinə və diqqət yayındırıcı amillərin təsirini azaltmasına kömək edib.

Tədqiqatçılar bu təsiri modal oyanma nəzəriyyəsi ilə izah edirlər. Bu nəzəriyyəyə əsasən, özünü yaxşı hiss edən insanlar daha məhsuldar işləyirlər. İş üçün yaradılan musiqilər adətən güclü ritmə, sadə tonallığa, orta səviyyəli səs ucalığına və geniş səs spektrinə malik olur ki, bu da diqqəti cəmləməyə kömək edir.

Qiymət Mahir

tag: Araşdırma,Musiqi,Alim,Maraqlı,todaypress.az,