Motivasiyanı bərpa etməyin yolları

Maraqlı

01.04.2025 11:52

1028

Rutininizi dəyişdirmək və hədəflərinizi yenidən nəzərdən keçirmək motivasiyanızı bərpa etməyə kömək edə bilər.   

TodayPress xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.   

Ekspertlər bildirir ki, motivasiyanın olmaması həyatda və ya işdə nəyinsə səhv getdiyini göstərir.

Belə anlarda özünüzü hərəkətə keçməyə məcbur etməməlisiniz. Bunun əvəzinə fasilə verib səbəbləri anlamaq daha yaxşı üsuldur. 

Bundan başqa, əgər motivasiyanız əvvəllər mövcud idisə və sonradan yoxa çıxıbsa, bunun səbəbi həddindən artıq işləmək, qeyri-müəyyən məqsədlər, rutin və ya istəklərlə faktiki hərəkətlər arasında uyğunsuzluq ola bilər. 

Motivasiyanı yenidən bərpa etməyə isə zəngli saatsız dərin yuxu, təbiətdə gəzinti və qadcetlərsiz sükut içində dincəlmək kömək edəcək. 

"Rutin motivasiyanı öldürür. Əgər hər gün əvvəlki ilə eyni olarsa, beyin tapşırıqları maraqlı bir şey kimi qəbul etməyi dayandırır" deyə izah edilib. 

Psixoloqlar isə motivasiyanın itirilməsini problem kimi deyil, istəklərinizi daha yaxşı başa düşmək və qarşıya məqsəd qoymaq imkanı kimi nəzərdən keçirməyi təklif edirlər.

Töhfə Səməd

tag: Motivasiya,Bərpa,Rutin,Sağlamlıq,Todaypress.az,