Milyon dollarlıq hədiyyə

Maraqlı

20.01.2025 18:23

Kraliça Elizabetə hədiyyə edilən bu saat 2010-cu ilə qədər hazırlanmış ən kiçik saat mexanizminə görə rekorda sahibdir. 

TodayPress xəbər verir ki, bu barədə İngiltərə KİV məlumat dərc edib.

Bildirilir ki, Kraliçanın saatı böyük tarixi və texniki əhəmiyyətə malikdir.

Nazik, əl sənətilə düzəldilmiş, sapfir şüşə ilə örtülmüş saat zərif ağ qızıl bilərzikə malikdir və 577 ədəd brilyantla dəyərini artıran göz oxşayan dizayn nümayiş etdirir. 

“Jaeger-LeCoultre” brendi tərəfindən istehsal edilən bu saat Kraliça Elizabetə 2012-ci ildə taxta çıxmasının 60-cı ildönümündə təqdim edilib. Saatın digər orijinal modeli isə 1952-ci ildə Fransa Prezidenti Vensan Oriol tərəfindən Kraliçaya hədiyyə edilib.

Qeyd edək ki, saatın dəyəri 26 milyon dollar (44,2 milyon manat) qiymətləndirilir.


Nicat Osman

tag: Maraqlı,Kraliça Elizabet,Saat,todaypress.az,