Məzuniyyətdən sonra işə necə uyğunlaşa bilərik?
Maraqlı
05.09.2024 17:40
Tətildən sonra iş yükü tədricən artırılmalıdır.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, ekspertlərin fikrincə, tətildən sonra üç-dörd günə iş rejiminə uyğunlaşmaq mümkündür.
Tətilinizin bitməsinə bir və ya iki gün qalmış bəzi iş öhdəliklərinizi xatırlamaq tövsiyə olunur. Məsələn, iş e-poçtunu yoxlayın və həmkarlarınıza mesaj yazın.
Bir gün əvvəl iş tapşırıqlarının planını tərtib etmək, onları əhəmiyyətinə görə bölüşdürmək və ən aktual olanları vurğulamaq da faydalıdır. İlk gün diqqətinizi onlara yönəltməli və özünüzü ikinci dərəcəli işlərlə yükləməməlisiniz.
Ekspertlər onu da qeyd ediblər ki, uyğunlaşmada istirahət müddəti də rol oynayır. İki həftəlik məzuniyyətdən sonra iş əhval-ruhiyyəsinə girmək bir aylıq fasilədən daha asan olur.
Günəş Mərd
tag: Məzuniyyət ,Tətil, İstirahət ,Fasilə, Əhval Ruhiyyə, todaypress.az,