Məşhur saç boyalarının tərkibində təhlükəli maddə aşkar edildi
Məşhur
saç boyası olan "Schwarzkopf Palette" və "Syoss Professional
Performance"ın tərkibində qadağan olunmuş maddə aşkar edilib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Səhiyyə
Nazirliyi məlumat yayıb.
Çexiyanın baş
sanitar həkimi Barbara Matskova sözügedən lilial
maddəsinin reproduktiv sistem üçün toksiki olmasından bəhs edib.
Bildirilib ki, bu da heyvanlarda aparılan araşdırmalarla təsdiqlənib.
Matskovanın
sözlərinə görə, bu maddənin istifadəsi insan sağlamlığı üçün təhlükə yaradır.
Lilial və ya
butilfenil metilpropionaldan istifadəyə Aİ-də 2022-ci il martın 1-dən qadağa
qoyulub. Bu andan etibarən maddə kosmetik məhsulların istehsalı üçün tərkib
hissəsi kimi istifadə edilə bilməz.
Eyni zamanda,
liliala təkcə saç boyalarında deyil, həmçinin sabunlar, losyonlar, ətirlər, əl
kremləri, o cümlədən ətirli şamlar, hava təravətləndiriciləri və paltar üçün
kondisionerlərdə də rast gəlinə bilər.
tag: Saç,Maddə, Zərərli, Syoss, Boya, Palette, todaypress.az,