Məşhur fenomen vəfat etdi – Tabutu kranla endirildi
Maraqlı
11.06.2024 14:50
Youtubda on minlərlə izləyicisi olan, yemək yediyi anların videolarını çəkərək məşhurlaşan Edqar Landaverde 37 yaşında dünyasını dəyişib.
TodayPress xəbər verir ki, bu barədə onun ailəsi sosial şəbəkədə bildirib.
Edqarın artıq çəkisinə görə onun tabutunu kranın köməyi ilə torpağa endirmək mümkün olub. Ailəsi onun vaxtsız ölümünün təfərrüatlarını açıqlamasa da, Landaverdenin yaxınları onun infarktdan öldüyünü deyiblər.
Fenomenin dəfn anlarının görüntüləri sosial mediada sürətlə yayılıb və qısa müddət ərzində milyonlarla baxış toplayıb.
Günəş Mərd
tag: Fenomen, Məşhur, Edqar Landaverde, Sosial Şəbəkə, Dəfn, todaypress.az,