Meşədə sirli məbəd aşkarlandı
Maraqlı
26.10.2024 14:25
Coş ləqəbli britaniyalı blogger meşədə gəzərkən yerin altına aparan qəribə bir pilləkənlə qarşılaşıb.
TodayPress xəbər verir ki, o, aşağı düşüb və burada döşəməsi su altında qalan, divarlarında isə təxminən bir metr hündürlükdə onlarla ayaqqabı izi olan tərk edilmiş böyük bunker tapıb. Onun bu tapıntısı sosial şəbəkə istifadəçilərinin və adrenalin həvəskarlarının marağına səbəb olub.
“Buradakı uçulmuş otaqlar, boş kitab rəfləri, bir neçə naməlum dizaynlı, paslanmış metal fiqurlar diqqətimi çəkdi. Özümü qorxu filmlərinin çəkildiyi məkanda hiss etdim” deyə Çoş bildirib. Onun fikrincə, bura İkinci Dünya Müharibəsindən sonra tərk edilmiş hərbi obyektdir.
Lakin aparılan araşdırma zamanı məlum olub ki, videoda qeyd olunan məkan içərisində naməlum qızın öldürülərək, dəfn edildiyi qədim məbəddir. Tarixi dini tikili Kipr adasında Limassol rayonunun, Erimi kəndində yerləşir.
Nərmin Tuncay
tag: Məbəd, Meşə, Müharibə, Qorxu, Film, todaypress.az,