Meşədə itən qadın 6 metrlik bitonun qarnından çıxdı
Maraqlı
12.06.2024 01:40
İndoneziyada itkin düşən qadın 6 metrlik bitonun qarnında ölü tapılıb.
TudayPress xarici mediaya istinadla xəbər verir ki, 4 uşaq anası olan 45 yaşlı Farida çərşənbə günü İndoneziyanın mərkəzində yerləşən Sulavesi əyalətindəki bazarda ərzaq satmaq üçün meşəlik ərazidə yoxa çıxmışdı. Qadının əşyalarını meşədə tapan 55 yaşlı həyat yoldaşı 6 metr uzunluqdakı bitonun qarnıın şiş olmasından şübhələnərək kəndə hay salıb. Nəhəng ilanı tutaraq qarnını yaran kəndlilər gördükləri qarşısında şok keçiriblər. Onlar itkin düşən qadının cəsədini ilanın qarnından tapıblar.
Qeyd edək ki, İndoneziyada insanların nəhəng ilanlar tərəfindən öldürülməsi nadir hallarda baş versə də qeyri-adi hadisə sayılmır. Hər il minlərlə insan buna bənzər hadisələrdə həlak olur.
GÜNEL
tag: Biton, İlan, İndoneziya, Meşəlik ərazi, todaypress.az,