Meksikada “ÖLÜM FİTLƏRİ” aşkarlandı

Maraqlı

25.11.2024 12:45

Tədqiqatçılar asteklər dövründə insan kəlləsi formasında hazırlanmış və qışqırığa bənzər səs çıxaran gil fitlərin insan şüuruna təsir edə biləcəyini, təşviş yaratdığını və qorxunu artıra biləcəyini müəyyənləşdiriblər. Hətta bunu ilk edən iki alim o qədər qorxub ki, ağlayıb və bir daha heç vaxt ona üfürməyəcəklərinə and içib.

TodayPress xəbər verir ki, bugünkü Meksikanın yerli xalqları tərəfindən yaradılan artefakt arxeoloqlar tərəfindən 1999-cu ildə aşkar edilib. Bu yerdə asteklər insanları qurban verirdilər. Təəccüblü deyil ki, alimlər məzarda başı kəsilmiş bir gəncin qalıqlarını tapıblar. Onun əlində gildən hazırlanmış kəllə formasında kiçik bir fit olub. Bundan sonra bənzər əşyalar digər məzarlarda, əsasən Astek sivilizasiyası ilə əlaqəli yerlərdə tapılmağa başlayıb. 

Əvvəlcə arxeoloqlar bunun sadə ritual bəzəyi olduğunu düşünüblər, lakin sonra artefaktlar müqayisə edilib və onlardakı dəliklərin musiqi alətlərində olduğu kimi eyni şəkildə düzəldildiyi görülüb. Sonra alimlər 3D çap texnologiyasından istifadə edərək bu əşyanı orijinal formada yenidən yaratmağa qərar veriblər. 

Artıq 25 ildir ki, elm adamları asteklərin bu "ölüm fitlərindən" nə üçün istifadə etdikləri barədə mübahisə edirlər. Bəziləri döyüşdə düşməni qorxutmaq üçün, digərləri isə qurban verilmə ayininə aid olduğunu iddia edirlər. 

Yekun rəy isə ondan ibarət olub ki, insan öldürüləndə bu fitlər ayinin digər iştirakçılarında da qorxu yaratmaq üçün istifadə olunurmuş.

tag: Ölüm Fiti, Meksika, Arxeoloq, Alimlər, todaypress.az,