Mask insanlara "fövqəlgüclər" verəcəyini vəd etdi
Maraqlı
05.08.2024 16:54
Milyarder İlon Mask bildirib ki, onun “Neuralink” startapının implantı insanlara super güclər verəcək.
TodayPress xəbər verir ki, o, bu barədə qonaq olduğu “YouTube” kanalında danışıb.
Artıq ikinci xəstəyə çipin taxıldığını elan edən Mask, beyin implantlarının həyatı dəyişdirə biləcəyini deyib.
Maskın sözlərinə görə, “Neuralink” çipi bəzi nevroloji xəstəlikləri və ənənəvi üsullarla müalicəsi mümkün olmayan xəstəlikləri sağalda bilir. O, həmçinin qeyd edib ki, implant xəstələrə qartal kimi görmə xüsusiyyəti verə və hətta korluğu müalicə edə bilər.
Töhfə Səməd
tag: Mask, İnsanlar, Neuralnik, İmplant, Xəstələr, Nevroloji, todaypress.az,