Mask 5 min uşaq arzulayır
Amerikalı milyarder İlon Maskın 5000 uşaq atası olmaq kimi gizli planı olduğu iddia edilir.
TodayPress xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Bildirilib ki, Maskın hazırda dörd qadından ən azı 14 övladı var.
Beş ay əvvəl Maskdan uşaq dünyaya gətirdiyini iddia edən inflyuenser Eşli Sent-Kler Maskla yazışmalarını yayıb.
“Apokalipsisə qədər legion səviyyəsinə çatmaq üçün surroqat analardan istifadə etməliyik” deyə mesajlardan birində Mask qeyd edib.
Qeyd edək ki, legion qədim Roma ordusunda təxminən 5000 əsgərdən ibarət birləşmə olub.
Mask hələ ki, Sent-Klerin uşağının atası olub-olmadığını rəsmi şəkildə təsdiqləməyib və tərəflər arasında məhkəmə çəkişməsi davam edir.
Qiymət Mahir
tag: Mask,Uşaq,Ata,Legion,todaypress.az,